Türkmənistan və Azərbaycan enerji təchizatının şaxələndirilməsini müzakirə ediblər

Türkmənistan və Azərbaycan enerji təchizatının şaxələndirilməsini <span class="qirmizi">müzakirə ediblər</span>

Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Aşqabadda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti ilə enerji sektorunda əməkdaşlıq məsələlərini müzakirə edib.

“Report”un məlumatına görə, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər iqtisadi tərəfdaşlığın gedişatını müzakirə edib, onun ardıcıl və sistemli şəkildə inkişaf etdiyini bildiriblər. Enerji sektorunda ikitərəfli əməkdaşlığın qurulmasının, enerji daşıyıcılarının beynəlxalq bazarlara çatdırılması sxemlərinin şaxələndirilməsinin vacibliyi vurğulanıb.

Bildirilib ki, Türkmənistan-Azərbaycan enerji əməkdaşlığında əlamətdar hadisə 2021-ci ilin yanvarında “Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağımım karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimlənilməsi haqqında” Anlaşma Memorandumunun imzalanması olub.

Bununla əlaqədar Türkmənistan tərəfi əməkdaşlığın bir neçə enerji sahəsi üzrə ikitərəfli məsləhətləşmələri davam etdirməyə hazır olduğunu bildirib.

Mənbə: report.az