Britaniyanın Şimali İrlandiya üzrə dövlət katibi də istefa verib

Böyük Britaniyanın Şimali İrlandiya üzrə dövlət katibi Brendon Lyuis Baş nazir Boris Consonun hökumətindəki kəskin siyasi böhran fonunda istefa verib.

“Report” xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Dövlət katibi Boris Consonu istefaya çağıran kabinet üzvləri arasında olub. Lakin Baş nazir bundan imtina edərək, həmkarlarını ölkə üçün çox ehtiyac duyulan iqtisadi artıma nail olmağa çağırıb. Brendon Lyuis hökuməti tərk edən 3-cü nazir və 39-cu müavin olub.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Britaniyanın Baş naziri onu istefaya çağıran naziri işdən çıxarıb

SONRAKI XƏBƏR

14 yaşlı məktəbli kanalda boğuldu