Litva əhalinin pulu ilə alınan “Bayraktar”ı Ukraynaya göndərib

Litva əhalinin pulu ilə alınan <span class="qirmizi">“Bayraktar”ı Ukraynaya göndərib</span>

Litva ölkə əhalisinin topladığı vəsait hesabına alınan “Bayraktar” pilotsuz uçuş aparatını (PUA) Ukraynaya göndərib.

“Report” xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas özünün feysbuk səhifəsində məlumat verib.

“Pilotsuz uçuş aparatı Litvanı tərk edir. Müdafiə Nazirliyi alqı-satqı sövdələşmələri və digər hüquqi rəsmiləşdirmələri öz üzərinə götürüb ki, pilotsuz təyyarə bütün silahlarla birlikdə Ukraynaya çatdırılsın”, - nazir bildirib.

Qeyd edək ki, Ukrayna Türkiyədən 50-dək "Bayraktar" alıb.

Mənbə: report.az