Rusiyanın raket zərbəsi: bir ailə məhv oldu

Rusiyanın raket zərbəsi: bir ailə məhv oldu<span class="qirmizi"></span>

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Toretsk şəhərinə raket zərbəsi endirməsi nəticəsində bir ailənin üç üzvü həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Donetsk hərbi-mülki administrasiyası məlumat yayıb.

Bildirilib ki, raket yaşayış evinə düşüb və nəticədə yaşlı qadın, qızı və nəvəsi həlak olub.

Mənbə: axar.az