Litvanın parlament partiyaları müdafiə sahəsində anlaşma memorandumu imzalayacaq

Litvanın parlament partiyaları müdafiə sahəsində anlaşma memorandumu imzalayacaq<span class="qirmizi"></span>

Litvanın parlament partiyaları müdafiə siyasəti sahəsində anlaşma memorandumunun yeni variantını iyun ortalarında imzalayacaqlar.

“Report” xəbər verir ki, bunu “LRT” radiosuna Seymin (Parlament - Red) Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri, sənədin hazırlanması üzrə işçi qrupuna rəhbərlik edən Laurinas Kasçyunas deyib.

“Biz onu iyulun ortalarında imzalamağı planlaşdırırıq. Parlamentdəki partiyaların liderlərinin mövqeləri əksər məqamlar üzrə razılaşdırılıb”-deyə, o bildirib.

Müdafiə siyasəti üzrə ilk anlaşma memorandumu 2018-ci ilin sentyabrında parlament partiyaları tərəfindən imzalanıb. Memorandumda 2030-cu ilə qədər hərbi xərclərin ÜDM-in 2,5%-i səviyyəsinə çatmaq üçün ardıcıl artımı nəzərdə tutulurdu. Lakin qarşıya qoyulan hədəfə bu il nail olunub.

Mənbə: report.az