Medvedçukun təyyarəsi və helikopteri müdafiəçilərin ehtiyaclarının ödənilməsi üçün verildi - FOTO

Medvedçukun təyyarəsi və helikopteri müdafiəçilərin ehtiyaclarının ödənilməsi üçün verildi - <span class="qirmizi">FOTO</span>

Hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarının ödənilməsi üçün dövlətə xəyanətdə şübhəli bilinən deputat Viktor Medvedçukun ailəsinə məxsus helikopter və təyyarə bağışlayıblar.

Bu barədə Baş Prokurorluq Ofisinin mətbuat xidməti və Milli Polisin Strateji Araşdırmalar Departamentindən məlumat verilib.

“Məhkəmə Baş Prokurorluğun tələbi ilə dövlətə xəyanətdə şübhəli bilinən Ukrayna xalq deputatının ailəsinin istifadəsində olan vertolyot və təyyarəyə həbs qoyub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları həmin əmlakı müsadirə edərək Ukrayna Silahlı Qüvvələrinin istifadəsinə veriblər”, - deyə məlumatda bildirilir.

Mənbə: Ukrainskaya pravda

Mənbə: www.oxu.az