Donbas uğrunda əsas döyüş ola bilər - Musienko

Donbas uğrunda əsas döyüş ola bilər - Musienko<span class="qirmizi"></span>

Slavyansk ərazisində, Böyük Britaniya kəşfiyyatının da dediyi kimi, həqiqətən də Donbas uğrunda növbəti əsas döyüş ola bilər, çox güman ki, Seversk istiqamətində rus bölmələrinin hərəkəti olmayacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko deyib.

“İndi vəziyyət elə inkişaf edir ki, işğalçıların orada bir uğur qazanması ehtimalı azdır. Ukrayna Silahlı Qüvvələri Severskin şimalında və şimal-qərbində - Yampol vilayətində yerləşən bu konkret qoşun qrupu üçün ciddi problemlər yaratmağa çalışacaq.

Bu, ona görə lazımdır ki, rus qoşunları tam diqqətini Slavyansk istiqamətində cəmləyib üç tərəfdən hücum edə bilməsin. İndi siz Slavyansk ətrafına hücum etmək üçün məhz belə cəhdləri görə bilərsiniz", - Musienko qeyd edib.

Mənbə: axar.az