"Kəpəz" Gürcüstan millisinin sabiq üzvünü transfer edib

"Kəpəz" Gürcüstan millisinin sabiq üzvünü transfer edib<span class="qirmizi"></span>

"Kəpəz" gürcüstanlı futbolçu Giorgi Kantariyanı heyətinə qatıb.

Klubdan "Report"a verilən məlumata görə, 25 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Kantariyanın son klubu vətənində "Telavi" olub. O, Gürcüstan U-21 millisində də çıxış edib.

Mənbə: report.az