Baydenin köməkçisi istefa verdi

Baydenin köməkçisi istefa verdi<span class="qirmizi"></span>

Ağ Ev, Kommunikasiyalar üzrə Direktoru Keyt Bedinqfildin vəzifəsini tərk edəcəyini söyləyib.

"Unikal" xəbər verir ki, Bedinqfildin istefa xəbəri ilə bağlı Ağ Ev yazılı açıqlama verib.

Bildirilir ki, "Prezident Co Baydenin uzun müddət etibarlı köməkçisi və həm seçki kampaniyasında, həm də administrasiyasında yüksək səviyyəli strateq olmuş Bedinqfild həyat yoldaşı və azyaşlı uşaqları ilə daha çox vaxt keçirmək üçün iyulun sonunda Ağ Evi tərk edəcək".

Mənbə: www.unikal.org