Nazir: “Postmünaqişə dövrü region ölkələri üçün geniş imkanlar açır”

“Cənubi Qafqazdakı postmünaqişə dövrü həm Azərbaycan, həm də region ölkələri üçün geniş imkanlar açır”.

Oxu.Az-ın məlumatına əsasən, bunu xarici işlər naziri Ceyhun Bayramov “Post-münaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda Diplomatiya Həftəsinin açılış mərasimində çıxış edərkən deyib.

Nazir bildirib ki, Azərbaycan hazırda Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edir.

XİN başçısının sözlərinə görə, Azərbaycan bölgədə sülh, tərəqqi, təhlükəsizliyi təmin etmək üçün təkliflər verir.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı kikboksçunun Ümumdünya Oyunlarındakı ilk rəqibi bəlli olub

SONRAKI XƏBƏR

Britaniyanın İrandakı səfirinin müavini və bir neçə xarici diplomat saxlanılıb - VİDEO