Rusiyada fövqəladə vəziyyət elan edildi

Rusiyanın Xabarovsk diyarında meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernatoru Mixail Deqtyarev deyib.

O bildirib ki, meşə yanğınları ilə bağlı çətin vəziyyət yaranır:

“Yaxın günlərdə Rusiya regionunda yağıntı gözlənilmir. Buna görə də əhalinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görmək lazımdır”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Ölümə qaçan piyadalar, qətliam kimi qəzalar: Həyatımızın səhvini harada edirik? - ARAŞDIRMA + FOTO

SONRAKI XƏBƏR

Bakıda YPX maşınının iştirakı ilə DƏHŞƏTLİ QƏZA - VİDEO