"Ukrayna dünya xəritəsindən silinə bilər" - Amerikalı polkovnik

Münaqişə tərəfləri yaxın vaxtlarda razılığa gəlməsələr, Ukrayna dünya xəritəsindən silinə bilər.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin keçmiş müşaviri, ehtiyatda olan polkovnik Duqlas Makqreqor deyib.

Onun fikrincə, Qərb ölkələri vəziyyətin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını əməlləri ilə sübut etməlidirlər, əks halda Ukrayna daha çox insan tələfatının və dağıntıların qarşısını ala bilməz.

“Bu, əslində uğursuz dövlətdir, onu dünya xəritəsindən tamamilə silmək olar. Düşünürəm ki, atəşkəs lazımdır. Vaşinqtonda heç kim bunu etmək niyyətində deyil. Mən Berlində, Parisdə və Londonda insanlardan bu ideyaya - atəşkəs və bir növ razılaşmaya təkid etmək üçün artan dəstəyin olduğunu eşidirəm".

Gülayə Mecid

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Ədliyyə Nazirliyinin sistemi çökdü, xaos başladı

SONRAKI XƏBƏR

Rusiyada uşaqlar arasında intihar halları artıb