HİMARS zərbəsi: ruslar bazaları kütləvi tərk edir

HİMARS zərbəsi:   <span class="qirmizi">ruslar bazaları kütləvi tərk edir</span>

Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazisində işğalçıların hərbi obyektlərinə HİMARS raketlərilə hücumdan sonra ruslar təşvişə düşüb.

Axar.az xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi dairəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, ruslar silah və hərbi texnika anbarlarını, eləcə də bazaları kütləvi şəkildə tərk edirlər.

Mənbə: axar.az