Ukraynanın Rusiyaya birləşməsinə həsr olunan abidə söküldü - FOTO

Kiyev vilayətinin Pereyaslav şəhərində Ukraynanın Rusiyaya birləşməsinin 300 illiyi ilə bağlı ucaldılmış abidə sökülüb.  Estoniyada sovet əsgəri abidəsi yoxa çıxıb AzVision.az xəbər verir ki, bu barədə Kiyev hərbi administrasiyası məlumat yayıb.

"Buça, İrpen, Borodianka, Qostomel, Moşçun və Rusiya ordusunun bəşəriyyətə qarşı vəhşiliklər törətdiyi Ukraynanın digər yaşayış məntəqələrində baş verənlər bir daha sübut etdi ki, ruslar ilə “birləşmə” və ya “dostluq”dan söhbət gedə bilməz”, - məlumatda deyilir.

Məlumatda o da vurğulanır ki, abidə icmanın və yerli hökumətin qərarı ilə sökülüb.

Qeyd edək ki, Rusiya ordusunun Ukraynada müharibəyə başlamasından sonra bir neçə dəfə oxşar addımlar atılıb. Rus və sovet abidələrinin sökülməsi, küçələrin adlarının dəyişdirilməsi ilə bağlı tədbirlər görülür. Məslən, Çerniqov vilayətində, Senkovka kəndində Ukrayna, Rusiya Federasiyası və Belarusun “xalqlar dostluğuna” həsr olunmuş “Üç bacı” abidəsi ləğv edilib.

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı müğənnini aldadıb yarım milyonluq torpağını əlindən alıblar

SONRAKI XƏBƏR

SOCAR və “Özbəkneftqaz” Azərbaycanda birgə hasilat imkanlarını araşdırır