Türkiyədə saxlanılan rus gəmisi limandan ayrıldı

Türkiyədə saxlanılan rus gəmisi limandan ayrıldı<span class="qirmizi"></span>

 

Ukraynaya məxsus taxılı daşıdığı şübhəsi ilə saxlanılan Rusiyaya məxsus “Zhibek Zoly“ gəmisi Türkiyə limanından ayrılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Röyters agentliyi məlumat yayıb. Gəminin buraxılmasının detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar rus gəmisinin Türkiyə limanında saxlanıldığını açıqlamışdı. Onun iddiasına görə, gəmidə Ukraynada ələ keçirilən taxıl olub.

Mənbə: metbuat.az