Azərbaycanda Prezidentin Mühafizə Xidməti ilə bağlı - MÜHÜM YENİLİK

Azərbaycanda Prezidentin Mühafizə Xidməti ilə bağlı -   <span class="qirmizi">MÜHÜM YENİLİK</span>

Azərbaycanda dövlət satınalmaları sahəsində mühüm yenilik olub.

İyun ayından etibarən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti - Milli Qvardiya açıq tenderlər keçirməyə başlayıb.

FED.az xəbər verir ki, Milli Qvardiya mal və xidmətlərin tender üsulu ilə alınmasına bu ilin iyunundan başlayıb.

Artıq ilk ayın nəticəsində Xidmət həyata keçirdiyi 6 tenderlə 1,2 milyon manatlıq mal və xidmət alıb. İlin sonunadək daha 9 tenderin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, yerinə yetirdiyi vəzifələr və fəaliyyət xarakterinə görə məxfi qurumlarından sayılan Təhlükəsizlik Xidməti ilə bağlı digər məlumatlar kimi, satınalma barədə informasiyalar da – sifarişlər, satınalmalar, məbləğlər və sair - indiyədək ictimaiyyətə açıqlanmırdı.

Bu baxımdan Prezidentinin Təhlükəsizlik Xidməti - Milli Qvardiyanın açıq tenderlərə başlaması dövlət satınalmaları sahəsində mühüm yenilik, yerli sahibkarlar üçün isə sifariş əldə etmək imkanıdır.

Qeyd edək ki, ötən ildən başlayaraq digər «məxfi» qurum – Milli Məclisin də tenderləri və satınalmaları ictimaiyyətə açıqlanmağa başlayıb.

Mənbə: fed.az