İranın Ali Milli Təhlükəsizlik Şurasının katibindən İlham Əliyev və Ərdoğana DƏSTƏK

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibindən İlham Əliyev və Ərdoğana DƏSTƏK<span class="qirmizi"></span>

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin İrəvana rəsmi səfəri başlayıb

Ednews xəbər verir ki, bu barədə informasiyanı “Tasnim” agentliyi yayıb.

Ermənistana gəldikdən sonra Şamxani jurnalistlərə bildirib ki, İranın hazırkı hökuməti qonşu ölkələr və bütövlükdə regionla əlaqələrin genişləndirilməsi və dərinləşməsinin tərəfdarıdır.

O, sülh və sabitliyin bərqərar olması üçün göstərilən səyləri xatırladıb və Tehranın regional əməkdaşlığın 3+3 formatını dəstəklədiyini vurğulayıb, həmçinin Ermənistan və Azərbaycan arasında aparılan danışıqların davamlı sülhə gətirib çıxaracağına ümid etdiyini bildirib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi həmçinin bildirib ki, İran “regionun geosiyasətində dəyişikliklərə gətirib çıxaran” istənilən hərəkətə qarşıdır.

Xatırladaq ki, 3+3 platforması Qarabağ üzrə altıtərəfli əməkdaşlıq formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) və regionda iqtisadi-nəqliyyat əlaqələrinin blokadadan çıxarılması məsələsi üzrə təşəbbüsdür.

Bu formatın təşəbbüskarları Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan olublar.

Mənbə: ednews.net