Rəsmi Ankaradan ABŞ-a ÇAĞIRIŞ: “Qanunlarımıza hörmət edin”

Rəsmi Ankaradan ABŞ-a ÇAĞIRIŞ: “Qanunlarımıza hörmət edin”<span class="qirmizi"></span>

 

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgiç ABŞ-ı Türkiyə qanunlarına hörmət etməyə çağırıb.

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Bilgiç ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın Türkiyə Ali Radio və Televiziya Şurasının (RTÜK) “Amerikanın səsi” və “Deutsche Welle” media resurslarının türk xidmətlərinə girişi əngəlləmək qərarını tənqid edən açıqlamasına münasibət bildirib.

“Söz azadlığı demokratiyanın atributlarından biri olduğu kimi həm də qanunun aliliyidir. “Amerikanın Səsi”nin və Almaniyanın “Deutsche Welle”nin türk xidmətləri Türkiyə qanunlarına hörmət göstərməlidir, necə ki, türk mediası ABŞ-da qanunlara hörmət edir”. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tvitter hesabında belə yazıb.
İyunun sonunda RTÜK yayım lisenziyası olmadığı üçün “Amerikanın Səsi” və “Deutsche Welle”nin türk xidmətlərinə girişi bloklayıb.

Bizim.Media

Mənbə: bizim.media