Londondakı hadisə araşdırılmalıdır - VİDEO

Londondakı hadisə araşdırılmalıdır - VİDEO<span class="qirmizi"></span>

Azərbaycanın Londondakı səfirliyində törədilmiş təxribat 1961-ci ildə qəbuil edilmiş Vyana konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır.

Belə ki, bu konvensiyaya əsasən qəbul edən ölkə diplomatik missiyanın təhlükəsizliyinə cavabdeh olmalıdır. Digər tərəfdən isə baş verən hadisə Azərbaycana edilən bir təxribat kimi dəyərləndirilir.

Azərbaycan bütün ölkələrlə qarşılıqlı hörmət və anlaşma şəraitində əlaqələr qurmaqda maraqlıdır. Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya krallığı ilə kifayət qədər normal münasibətləri mövcuddur. Bu Ölkə 44 günlük vətən müharibəsi dövründə və iondan sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə birmənalı şəkildə dəstəyini ifadə etdi. Hətta bir çox beynəlxalq tribunalarda xüsusilə BMT təhlükəsizlik şurasının iclasında Azərabycana qarşı olan haqsızlıqla bağlı öz mövqeyini açıq şəkildə ifadə etdi.

Millət vəkilinin sözlərinə görə bu qanunsuz aktın arxasında duran motivlərdən biri də Azərbaycanın daixilində müəyyən sabitliyi pozmağa hesablanmış niyyətlərin olması da istisna edilmir. O bildirdi ki, fakt Britaniyanın hüququ mühafizə orqanları tərəfindən araşdırılmalıdır.

REAL

 

Mənbə: www.realtv.az