Ukrayna hərbçiləri Zaporoji AES-ə raket atıb?

Ukrayna hərbçiləri Zaporoji AES-ə raket atıb?<span class="qirmizi"></span>

Rusiya Müdafiə Nazirliyi Zaporoji atom elektrik stansiyası ərazisinə Ukrayna ordusunun 152 mm-lik 20 mərmi atdığını iddia edir.

BAKU.WS TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya MN-in məlumatına görə, raketlər Ukrayna ordusunu nəzarətində olan Kremençuq su anbarının qarşısında yerləşən 45-ci artilleriya briqadasının bölmələrindən atılıb.

"Xoşbəxtlikdən Ukrayna mərmiləri neft və mazut obyektlərinə və yaxınlıqda yerləşən oksigen stansiyasına dəyməyib. Bu, Avropanın ən böyük atom elektrik stansiyasında böyük yanğın və radiasiya qəzasına səbə olardı", - deyə Rusiya MN-in yaydığı məlumatda bildirilir.

 

Mənbə: baku.ws