Rusiyada müəlliməyə "antimüharibə" nitqinə görə 5 il şərti cəza verilib, donosu şagirdi yazıb

Rusiyada müəlliməyə "antimüharibə" nitqinə görə 5 il şərti cəza verilib, donosu şagirdi yazıb<span class="qirmizi"></span>

"Rusiya Ukraynaya hərbi müdaxilə etdiyinə görə izqoy ölkəyə çevrilib"

"Bunlar xarici KİV-lərdən alınan qabaqcadan saxta məlumatlardır"

"Bizim dövlət totalitardır, istənilən fərqli fikir düşüncə cinayəti hesab edilir"

Rusiyanın Penza şəhərində məhkəmə ingilis dili müəlliməsi İrina Genə beş il müddətinə şərti cəza təyin edib. Ona, həmçinin, üç il müddətində müəllimlik fəaliyyəti ilə məşğul olmağa qadağa qoyulub.

Moderator.az xəbər verir ki, İrina Gen Penzada olimpiya rezervi məktəbində dərs zamanı Ukraynada müharibəyə qarşı çıxıb.

Martın 18-də səkkizinci sinif şagirdləri müəllimədən nədən Çexiyaya yarışlara gedə bilməyəcəyini soruşub. İrina Gen izah edib ki, Ukraynaya hərbi müdaxilə etdiyinə görə Rusiya "izqoy ölkəyə" çevrilib.

Məhkəmə materiallarında deyilir ki, Gen şagirdlərə izah edib ki, "Rusiya Silahlı Qüvvələri başqa dövlətlərin ərazilərini zəbt edir, Mariupolda doğum evini bombalayıb, Ukrayna prezidentini devirmək istəyib, xarici dövlətə-Malayziyaya məxsus "Boeing 777" təyyarəsini vurub, yad ərazilərini zəbt edərək, öz ərazilərinə birləşdirir və onu genişləndirir".

Bütün bunları Rusiyanın ədalət məhkəməsi "xarici KİV-lərdən alınan qabaqcadan saxta məlumat" adlandırıb.

Hakimlərin fikrinə görə, İrina Gen "nifrət və düşmənçilik mötivlərlə, Rusiya prezidentinə davamlı düşmən münasibət göstərərək" hərəkət edib.

"Bizim dövlət totalitar dövlətdir, - müəllimə sinifdə deyib. - İstənilən fərqli fikir düşüncə cinayəti hesab edilir. Bizim hamımıza 15 il cəza veriləcək. Mən də 15 ilə azadlıqdan məhrum olaunacağam".

İrina Gen ordu barədə siyasi nifrət motivləri ilə "feyk"lər yaymaqda günahkar bilinib.

Müəllimə haqqında donosu onun öz şagirdi verib. O, müəllimənin çıxışını diktofona yazıb və hüquq-mühafizə orqanlarına ötürüb.

Mənbə: moderator.az