Rusiya Kiyevi nüvə terror aktına görə qınamağa çağırıb

Rusiya beynəlxalq təşkilatları nüvə terroru aktları həyata keçirən Kiyev hakimiyyətinin hərəkətlərini pisləməyə çağırır.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

“Biz beynəlxalq təşkilatları nüvə terroru aktları həyata keçirən Zelenski rejiminin cinayət əməllərini pisləməyə çağırırıq”.

Bunu Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib.

Belə ki, nazirlik Zaporojye AES-də növbəti təxribatların baş verəcəyi təqdirdə, onun işinin pozulmasına görə bütün məsuliyyətin Ukraynanın üzərinə düşəcəyini vurğulayıb.

Agentliyin məlumatına görə, Zaporojye AES-in atəşə tutulması nüvə silahının yayılmamasına dair konfransın fonunda baş verib ki, bu da Kiyev hakimiyyətinin xüsusi kinsizliyindən danışır.

Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiya tərəfi Ukrayna hərbçilərinin Zaporijjya AES-də işçilərin növbə dəyişdirilməsi zamanı atəşə tutulması barədə məlumat vermişdi.

Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, zərbə nəticəsində nüvə enerji bloklarının təhlükəsiz istismarı üçün zəruri olan paylayıcı qurğuları təmin edən iki elektrik xətti kəsilib.

Ağasəf Babayev

Sia.az

ƏVVƏLKİ XƏBƏR

UEFA-dan “Ferençvaroş”a CƏZA

SONRAKI XƏBƏR

Qəbələdə yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub