Akar Ukrayna nazirləri ilə “taxıl daşınması”nı danışdı

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikov və infrastruktur naziri Aleksandr Kubrakovla telefon danışığı aparıb.

 

Manset.az xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, danışıq zamanı taxıl daşınması ilə bağlı son vəziyyətə dair fikir mübadiləsi aparılıb.

 

Açıqlamada, “Nazirlər taxıl daşınmalarında sürətlənmənin davam etməsindən və Birgə Koordinasiya Mərkəzində əməkdaşlıq və koordinasiya çərçivəsində aparılan işlərdən məmnunluqlarını ifadə ediblər” qeyd olunub.

Manset.az

ƏVVƏLKİ XƏBƏR

Prezidentin xüsusi nümayəndəsi: “Qarabağ iqtisadi rayonunda bərpanın ilk mərhələsi 2026-cı ildə yekunlaşacaq"

SONRAKI XƏBƏR

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycana nə təklif edir? - BAXIŞ BUCAĞI