Rusiya Ukraynanı izləmək üçün İranın casus peykini işə salır...

Rusiya Ukraynanı izləmək üçün İranın casus peykini işə salır...<span class="qirmizi"></span>

Rusiya Ukraynanı izləmək üçün İranın casus peykini işə salır...

"Casus peyk İsraildə və Fars körfəzində obyektlərin daimi monitorinqini aparmağa imkan verəcək"

 

"Bu sənəd Rusiya ilə İran arasında aviadaşınmalar sahəsində əməkdaşlığı genişləndirir"

 

Avqustun 9-da Rusiyanın "Freqat" sürətləndirici bloku olan "Soyuz-2.1b" raket daşıyıcısı Baykonur kosmodromundan srart götürəcək. O, İran İslam Respublikasının sifarişi ilə Yerin "Xəyyam" distansion zondlanması kosmik aparatını orbitə çıxarmalıdır.

 

Moderator.az xəbər verir ki, bu barədə iki gün öncə "Roskosmos" məlumat verib. Gələcək missiyanın təfərrüatlarını "Vaşinqton post" nəşri dərc edib.

 

Nəşr yazır ki, "Xəyyam" casus peyki Yaxın Şərqdə hərbi hədəfləri izləmək üçün yaradılıb. O, 1, 2 metrlik icazəsi olan kamera ilə təchiz edilib, bu, Amerikanın kəşfiyyat peyklərinə nisbətən xeyli azdır, amma iranlılara misli görünməmiş imkanlar yaradır, bunların arasında İsraildə və Fars körfəzindəki obyektlərin, demək olar ki, daimi monitorinqini aparmaq imkanı da var.

 

Lakin aparatın orbitə çıxarılmasından sonra Moskva ondan Ukraynada vuruşan öz ordusunun ehtiyacları üçün istifadə etmək niyyətindədir.

 

Bu, Moskva ilə Tehran arasında getdikcə siyasi və hərbi əməkdaşlığın genişlənməsinin daha bir əlamətidir, qəzet yazıb.

 

Bu günlər Rusiya prezidenti Vladimir Putin və onun iranlı həmkarı İbrahim Rəisi İranla Rusiya arasında qarşılıqlı anlaşma haqqındah Memorandum imzalayıb.

 

Bu sənəd aviadaşınmalar sahəsində əməkdaşlığı genişləndirir. Bundan başqa, təsdiq edilməyən məlu atlara görə, İran Rusiyaya zərbə PUA-larının ilk partiyasını göndərib.

Mənbə: moderator.az