Quterreşdən NÜVƏ HƏYƏCANI: "Böhranlar sürətlə yayılır, bəşəriyyət isə..."

Quterreşdən NÜVƏ HƏYƏCANI: "Böhranlar sürətlə yayılır, bəşəriyyət isə..."<span class="qirmizi"></span>

BMT-nin baş katibi Antonio Quterreş Ukrayna müharibəsi, Yaxın Şərq və Koreya yarımadasındakı böhranın bəşəriyyət üçün yaratdığı riski bəyan edib.

Publika.az xənətr verir ki, o, bunu Xirosimanın nüvə bombalanmasının 77-ci ildönümünə həsr olunmuş anım tədbirləri zamanı deyib.

"Bəşəriyyət dolu silahlarla oynayır. Bu şəhərdə bir anda on minlərlə insan öldürüldü. Qadınlar, uşaqlar və kişilər cəhənnəm atəşində yandırıldı", - Quterreş deyib.

Onun sözlərinə görə, indi nüvə təhlükəsi heç yerə getməyib:

"Ciddi nüvə çalarları olan böhranlar sürətlə yayılır - Yaxın Şərq, Koreya yarımadası, Rusiyanın Ukraynaya müdaxiləsi".

 

Quterreş xatırladıb ki, dünya nüvə silahının yayılmaması üçün səy göstərməlidir:

"Soruşmalıyıq: Biz bu şəhərin üzərində qabaran göbələk buludundan nə öyrəndik?"

Mənbə: publika.az