Birləşmiş Ştatlar Ermənistan və Azərbaycana nə təklif edir? - BAXIŞ BUCAĞI

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycana nə təklif edir? - BAXIŞ BUCAĞI<span class="qirmizi"></span>

 

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays avqustun 3-də Qarabağadakı gərginliklə bağlı açıqlama verib. Birləşmiş Ştatlar Qarabağda vəziyyətin gərginləşməsi, insan tələfatı ilə bağlı narahatlığını bildirir, gərginliyin azaldılması və vəziyyəti sabitləşdirmək üçün təcili addımların atılmasına çağırır. ABŞ burada tərəflərə kömək də təklif edib. ABŞ-ın dəfələrlə qeyd etdiyi hərtərəfli və davamlı nizamlanma baxımından tərəflərə nə təklif etdiyi məlum deyil. Ötən günlərdə ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi bildirib ki, bu, kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı texniki yardıma aiddir. Ancaq bunun da nə demək olduğu bilinmir.

Bir neçə gün əvvəl ABŞ dövlət katibi Entoni Blinkenin İrəvan və Bakıya telefon zənglərindən sonra ABŞ praktiki olaraq ilk dəfə olaraq bu təklifin olduğunu açıqlayıb.

Üstəlik, qeyd etmək lazımdır ki, bundan sonra bölgədə vəziyyət daha da pisləşib. Hadisə və açıqlamaların bir-birilə əlaqəsinin olması şübhəsizdir.

Blinkenin təklifi Rusiya, İran və Türkiyə arasında Tehranda keçirilən üçtərəfli görüşdən sonra olub. Bundan əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun Qafqaza diqqətçəkən səfəri baş tutub. Bundan dərhal sonra Rusiya xarici kəşfiyyatının rəhbərinin səfəri olub. Bəs ABŞ, xüsusən də gərginlikdən sonra nə təklif edir?

Bütövlükdə həmin ifadədə Ermənistana bir xəbərdarlıq var: “Gərginlik və toqquşma istəmirsinizsə, onda hərtərəfli nizamlanmaya gedin”.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az