“Ermənistan Qarabağa dair öhdəliklərini tez bir zamanda yerinə yetirməlidir” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatından irəli gələn öhdəliklərini tez bir zamanda yerinə yetirməsini vacib hesab edir. Bu barədə “TRT Haber” telekanalı xəbər verir.

Ərdoğan jurnalistlərə açıqlamasında qeyd edib ki, Azərbaycan öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir.

“Üçtərəfli bəyanatdan iki ilə yaxın vaxt keçir. Ermənistanın buradakı öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir”, - deyə o bildirib.

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

Dünya universitetlərinin reytinq cədvəlində universitetlərimizin  yüksək yer tutması mümkündürmü?

SONRAKI XƏBƏR

"Hraparak": Seperatçılarla Ermənistanın "göbək bağı" kəsilir