"Mali ordusu mülki insanları öldürüb" - BMT

Birləşmiş Millətlər Təşkilatı (BMT) Mali ordusu və “ağ dərili əsgərlər”in Mavritaniya sərhədi yaxınlığında keçirdiyi əməliyyatda 33 mülki vətəndaşı öldürdüyünü bildirib.

"Unikal" xəbər verir ki, BMT ekspertlərinin dərc etdiyi yeni hesabatda Vaqner muzdluları ilə yaxından əməkdaşlıq etdiyi iddia edilən Mali ordusu və “ağ dərili əsgərlər”in Mavritaniya sərhədindəki Seqou bölgəsində apardıqları əməliyyatların birində 33 mülki vətəndaşı öldürdüyü bildirilib.

Məlumatda, martın 5-də Seqou bölgəsindəki Robine El Ataye qəsəbəsinə gələn “ağ dərili əsgərlərin” 29 Mavritaniyalı və 4 Malilinin gözünü və əlini bağladığı qeyd olunub.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Panama bayraqlı gəmidə yoxlama fəaliyyətinə başlanıldı

SONRAKI XƏBƏR

Təl-Əvivdə həyəcan siqnalı verildi