Ukrayna ilə müharibə yeni fazaya qədəm qoyur, döyüşlər cənuba yönəlir... - Britaniya kəşfiyyatı

Ukrayna ilə müharibə yeni fazaya qədəm qoyur, döyüşlər cənuba yönəlir... - Britaniya kəşfiyyatı

Rusiya Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu gözləyərək, öz Silahlı Qüvvələrini Ukraynanın cənubunda cəmləşdirir və özünün mümkün hücumuna hazırlaşır.

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya müdafiə nazirliyinin son məlumatında deyilir.

Britaniya kəşfiyyatı Rusiyanın Donbasdan cənub-qərbə istiqamət götürən hərbi yük maşınları karvanına, tanklara, artilleriyaya və digər silahlara diqqəti cəlb edib.

Bugünkü məlumatda həmçinin Rusiya tərəfindən işğal olunmuş Ukraynanın Melitopol, Berdyansk, Mariupol şəhərlərindən və Rusiya ərazisindən Kerç körpüsü vasitəsilə Krıma texnikanın yerdəyişməsi barəfə məlumat verilib.

O cümlədən, yarımadaya tabor-taktiki qruplar göndərilib və onlar, ehtimal ki, Xerson vilayətinin tam zəbt edilməsi üçün istifadə ediləcək.

Öz növbəsində Ukrayna ordusu rəqibin logistik zəncirinin dağıdılmasına daha çox diqqət yetirir və hədəfləri körpülərdə, döyüş sursatı anbarlarında və Ukraynanın cənubunda dəmiryollarında, o cümlədən strateji cəhətdən mühüm olan Xersonu Krımla birləşdirən dəmiryol xəttində cəmləşdirir.

Britaniyalı hərbçilərin fikrinə görə, Rusiyanın Ukrayna ilə müharibəsi yeni fazaya qədəm qoyur, bu zaman ən şiddətli döyüşlər uzunluğu təxminən 350 km olan, Zaporojyedən Xersona Dneprə paralel cəbhə xəttinə keçəcək.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Təl-Əvivdə həyəcan siqnalı verildi

SONRAKI XƏBƏR

Bakıda kişi meyiti aşkarlanıb