"Azərbaycan Dəmir Yolları" QSC-nin yarımstansiyasında yanğın olub

"Azərbaycan Dəmir Yolları" QSC-nin yarımstansiyasında yanğın olub<span class="qirmizi"></span>

Hacıqabulda "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus yarımstansiyada yanğın olub.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində QSC-yə məxsus yarımstansiyanın transformatoru yanıb. Yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: report.az