Putin “dost olmayan” ölkələrə qadağa tətbiq etdi

Putin “dost olmayan” ölkələrə qadağa tətbiq etdi<span class="qirmizi"></span>

 

Rusiyada strateji şirkətlərin səhmlərinin ticarəti “dost olmayan” ölkələrdən olan investorlara müvəqqəti olaraq qadağan edilib.

Teleqraf.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, “dost olmayan” addımlar atan bəzi xarici ölkələrə qarşı bir sıra iqtisadi tədbirlər görülüb.

Sənədə əsasən, belə ölkələrin sərmayəçilərinə və şirkətlərinə ilin sonuna qədər Rusiyadakı strateji şirkətlərin səhmləri ilə ticarət etmək qadağan edilib. Məhdudiyyətə ölkənin ən böyük neft və təbii qaz hasilatı layihələrindən biri olan “Saxalin-1” də daxil edilib.

Fərmanla Rusiya hökumətinə "dost olmayan" ölkələrin investorlarına və şirkətlərinə səhm satışına qadağa qoyulacaq Rusiya banklarını müəyyən etmək tapşırılıb.

ABŞ-da yerləşən “ExxonMobil” neft şirkəti operatoru olduğu “Saxalin-1”dəki 30 faizlik payını ötürmək prosesində olduğunu bildirib. Layihənin əsas səhmdarlarından olan Rusiyanın neft şirkəti “Rosneft” “Saxalin-1”də neft hasilatının dayanmasına görə “ExxonMobil”i günahlandırıb.

Mənbə: teleqraf.com