Erməni bloqer prezident İlham Əliyevdən Azərbaycan vətəndaşlığı istəyir

Öz sülhməramlı təşəbbüsləri ilə tanınan erməni fəal, bloger, İstanbulda ailəsilə müvəqqəti yaşayan İşxan Verdyan Azərbaycan Respublikası vətəndaşlığının verilməsi xahişilə prezident İlham Əliyevə müraciət edib. Bununla yanaşı, o, Xankəndi şəhərində yaşamaq niyyətində olduğunu vurğulayıb.

Müraciət onun Qarabağı həmişə Azərbaycan torpağı hesab etməsi və bunu beynəlxalq hüquqla əsaslandırması ilə başlayır. "Bu nöqteyi-nəzərimi ermənilərdən heç kim bir dəfə də təkzib etməyib, mənimlə bu mövzuda debata heç kim çıxmayıb, heç kim mənim səhvimi qanuni, hüquqi cəhətdən əsaslandıra bilməyib. Mən, sadəcə, düşünürdüm ki, bir halda ki, Ermənistan sivilizasiya kursunu götürüb, o, artıq beynəlxalq hüquqa - daxil olmağa hazırlaşdığı birliyin hüququna hörmət etməyə başlamalıdır".

"Mən Ermənistanın gələcəyini Skandinaviya ölkələrindən biri kimi görürəm ... həmişə demişəm ki, Ermənistana getməyən və Qarabağda qalıb yaşayan ermənilər Azərbaycan vətəndaşlığını almalıdırlar... onlara göstərmək istəyirəm ki, orada ermənilər kimi tamamilə təhlükəsiz yaşamaq olar. Hətta yaşamaq gözəldir", - Verdyan qeyd edib.

"Hörmətli, cənab prezident! Mənə Azərbaycan vətəndaşlığı vermənizi, Xankəndidə yaşamağa və işləməyə icazə vermənizi xahiş edirəm, - sülhməramlı İşxan Verdyan bildirib.

Turan-la söhbətində o, niyə müraciəti bu yaxınlarda Qarabağda baş vermiş döyüşlərdən dərhal sonra etməsi və bunun Ermənistan və Qarabağdan ona yeni hücum dalğasına səbəb olub-olmayacağı barədə suala cavab verib.

"Bu, təsadüf deyil, müraciət Qarabağda baş verən hadisələrin nəticəsidir. Bəli, bu, ermənilər tərəfindən mənim ünvanıma qarşı kəskin nifrət hissi oyatdı, bilirdim ki, belə olacaq. Mənim addımım gələcəyə yönəlib və məhz gələcəkdə düzgün qiymətləndiriləcək, buna şübhə etmirəm. Hələlik isə mənə qarşı nifrət bir qədər də artacaq, amma bundan qorxmuram, mən nifrət içində yaşamağa alışmışam", - Verdyan deyib.

*Verdyan Turan-da dərc olunan müsahibənin iştirakçısı olub.

pia.az

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Nə istəyirsiniz? Nikolun Şuşada yallı getməyini?

SONRAKI XƏBƏR

Ermənilər Laçını yandırmağa hazırlaşır