"7 milyondan çox uşaq müharibədən əziyyət çəkir" - Zelenski

"7 milyondan çox uşaq müharibədən əziyyət çəkir" - Zelenski<span class="qirmizi"></span>

Ukraynada 7,5 milyon uşaq Rusiyanın genişmiqyaslı işğalından əziyyət çəkir.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski yerli KİV-lərdən birinə danışıb.

"Rusiya Federasiyasının tammiqyaslı işğalı şəraitində 7,5 milyon ukraynalı uşaq qurban sayıla bilər, onlara dəstək hər bir uşağın fərdi ehtiyacları nəzərə alınmaqla təmin edilməlidir", - prezident qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, müharibə illərində uşağın bütün hüquqları, xüsusən də yaşamaq və sağlamlıq hüququ, ailə mühitində, mənşəyində icmada böyümək hüququ pozulur.

Mənbə: www.unikal.org