Ermənilər Laçında SİLAHLI MÜQAVİMƏTƏ hazırlaşır - İrəvandan gələn var

Ermənilər Laçın şəhəri və Zabuxda “özünümüdafiə” adı ilə müqavimətə hazırlaşır.

Publika.az xəbər verir ki, bu prosesə Ermənistandakı “Demokratik birləşmə” partiyasının sədri Suren Petrosyan rəhbərlik edir.

Məlumata görə, Suren Petrosyan və ailəsi hazırda Zabuxdadır.

“Biz Laçın və Zabuxun “özünümüdafiəsinə” praktiki hazır olan insanları mübarizəyə qoşulmağa çağırırıq. 100-dən çox insan bizə qoşulmaq istəyini bildirib. Ermənistandan yüzlərlə məktub göndərilir, amma neçə nəfərin gələcəyini deyə bilmərəm. Çox şey barədə danışmaq istəmirəm, əsas məsələ buraya mümkün qədər çox adamın gəlməsidir”, - o deyib.


Suren Petrosyan

Petrosyan “özünümüdafiə”nin silahla, yoxsa başqa vasitələrlə aparılacağını açıqlamaqdan imtina edib. Deyib ki, Ermənistan əhalisinin 0,1 faizi gələrsə, Laçını və Zabuxu təhvil verməyəcəklər: “Mən ailəmlə Zabuxdayam. Burada müxtəlif fikirlər var. Bəziləri qalıb döyüşəcəyini deyir, bəziləri “bayraktar”larla döyüşə bilməyəcəyimizi bildirir”.

Qeyd edək ki, Laçın və Zabuxdakı ermənilərin bir hissəsi artıq ərazini tərk edirlər.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə lideri: "Heç bir NATO ölkəsi terrorçular üçün güvənli ərazi olmamalıdır"

SONRAKI XƏBƏR

Ukrayna səfiri: “Ərdoğan Putinə təsir edir”