Ermənistan İranla sərhədi gücləndirdi

Ermənistan İranla sərhədi gücləndirdi<span class="qirmizi"></span>

Ermənistanın dövlət sərhədinin İran hissəsi gözlənilmədən ən yüksək səviyyədə gücləndirilib. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilir ki, artıq məlum informasiyanın doğruluğunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı sərhəd idarəsi “Sputnik Armeniya”ya təsdiqləyib.

Qeyd edilir ki, buna səbəb son vaxtlar İrandan Ermənistana narkotik vasitələrin və psixotrop maddələrin (həşiş, metamfetamin, heroin) qanunsuz keçirilməsi cəhdlərinin artmasıdır.



 

Mənbə: azvision.az