ABŞ-ın başına külli miqdarda pul qoyduğu “Taliban” komandiri qətlə yetirildi

Əfqanıstanın Pəktika vilayətində “Taliban”ın Pakistan qolunun yüksək rütbəli rəhbəri Ömər Xalid Xorasani kimi tanınan Əbdül-Vəli Raqib Mohmandi öldürülüb.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki,hadisə onun olduğu avtomobilə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

Nəticədə Xalid Xorasani və onun dörd köməkçisi həlak olub.

Qeyd edək ki, Vaşinqton Ömər Xalid Xorasani haqqında məlumat verənə 3 milyon dollar mükafat elan etmişdi.

O, uzun illər ABŞ hərbi administrasiyasının hədəfində idi.

Musavat.com

ƏVVƏLKİ XƏBƏR

100 MİN ƏSGƏR göndərə bilərik... Pxenyandan Moskvaya SÜRPSİZ

SONRAKI XƏBƏR

Petrosyan Laçında: “müqavimət” hazırlayır, ancaq qorxur…