“Artilleriya atəşinin ustaları” müsabiqəsinin iştirakçıları üçün tədbir təşkil olunub

“Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinin iştirakçıları üçün mədəni-kütləvi tədbir təşkil olunub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirin təşkilatçıları qonaqları salamlayaraq onları ölkələrində görməkdən məmnun olduqlarını bildirib, komandalara yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Konsert proqramı iştirakçı ölkələrin nümayəndələri tərəfindən maraqla qarşılanıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Kraliça II Elizabetin səhhətində ciddi problem: Ənənəvi tədbir qəfildən ləğv edildi - FOTO

SONRAKI XƏBƏR

Azərbaycanın voleybol yığması İslamiadaya darmadağınla başlayıb