Çin Ukraynada müharibəyə qoşulacaq? - AÇIQLAMA

Çinin Ukraynaya qarşı müharibədə Rusiyaya hərbi və ya hərbi-texniki yardım göstərməsi ehtimalı çox aşağıdır.

Publika.az xəbər verir ki, bu fikri ukraynalı hərbi ekspert Yuri Poita deyib.

Ekspertin fikrincə, Çin ordusunun bölmələrinin birbaşa döyüş əməliyyatlarında iştirakını nəzərdə tutan hərbi yardımdan hazırda “qətiyyən söhbət gedə bilməz”.

Onun fikrincə, Pekinin Moskvaya hərbi-texniki dəstəyi də çətin ki, baş mümkün olsun.

“Hazırda Çinin Rusiyaya hərbi texnika və ya silah ötürməsi ilə bağlı təsdiqlənmiş hər hansı məlumat və ya sübut yoxdur”, - Poita qeyd edib.

 

Onun sözlərinə görə, “Pekin başa düşür ki, Rusiyaya istənilən hərbi-texniki yardım Çinin Qərb ölkələri ilə münasibətlərini pozacaq”. Ekspert hesab edir ki, hazırda Çin öz inkişafını təmin etmək üçün Qərb texnologiyalarına və bazarlarına çıxışa ehtiyac duyur, ona görə də ÇXR risk etməyəcək və Rusiyaya yardımdan çəkinməkdə davam edəcək.

Akqabay

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Şuşadan və Hadrutdan qaçan ermənilər İrəvanda etiraz aksiyası keçirdi

SONRAKI XƏBƏR

Rəsmi Kiyev Kremllə danışıqlara hansı şərtlər altında gedəcəyini AÇIQLADI