Mariupolda ukraynalı əsirlərlə bağlı “tribunal” hazırlanır

Mariupolda ukraynalı əsirlərlə bağlı “tribunal” hazırlanır<span class="qirmizi"></span>

Qondarma Donetsk Xalq Respublikası Mariupolda ukraynalı hərbi əsirlər üzərində “tribunal” keçirməyə hazırlaşır.

“Report” xəbər verir ki, bu barədə qondarma rejimin başçısı Denis Puşılin "Rossiya 1" telekanalının efirində danışıb.

“Əminliklə təsdiq edə bilərəm ki, tribunala hazırlıq tam bizim bu barədə dediyimiz kimi aparılır. Məhz planlaşdırdığımız şəkildə. Yəni tribunal qaçılmazdır və ilk tribunallardan biri Mariupolda olacaq”, - D.Puşılin bildirib.

Qeyd edək ki, daha öncə Mariupol Şəhər Şurası həbsxana kameralarının yerli filarmoniyanın səhnəsində yerləşdirildiyini bildirmişdi. “Tribunal”ın da orada baş tutacağı güman edilir.

Mənbə: report.az