Ermənistanda əhalinin sayı azalıb

Ermənistanda əhalinin sayı azalıb<span class="qirmizi"></span>

Ermənistan Statistika Komitəsindən verilən məlumata görə, bu il iyulun 1-nə ölkədə daimi əhalinin sayı 2 milyon 961 min 900 nəfər olub. Ordu.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.

Nəşr bildirir ki, əahlinin 1 milyon 890 min 200 nəfəri şəhərdə, 1 milyon 71 min 700 nəfəri kəndlərdə yaşayır.

Ötən il Ermənistanın daimi əhalisi 2 milyon 964 min 600 nəfər olub, yəni bir il ərzində əhalinin sayı 2700 nəfər azalıb. İrəvanda əhali 4000 nəfər azalıb. Əgər ötən il iyulun 1-də İrəvanda əhalinin sayı 1 milyon 96 min 100 nəfər olubsa, bu ilin eyni dövründə 1 milyon 92 min 100 nəfər olub.

Basarkeçər əhalisi 700 nəfər artıb. Dərələyəz, Tavus, Zəngəzur bölgələrində əhali azalıb. Qarakilsə şəhərində bir il ərzində əhalinin sayı 600 nəfər azalıb.

 

Mənbə: ordu.az