“Azərbaycan qoşunları dairəni daraldır, təzyiqi artırır” - Abrahamyan

“Azərbaycan qoşunları dairəni daraldır, təzyiqi artırır” - Abrahamyan<span class="qirmizi"></span>

“Ermənistan hakimiyyəti təcili olaraq Azərbaycanın bu mərhələ üçün siyasi tələblərini həyata keçirib və hərbi cəhətdən Azərbaycan qoşunları yenidən təşkil edir, dairəni daraldır və təzyiqləri artırır”. Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “şərəfim var” fraksiyasını deputatı Tiqran Abrahamyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, yeni hərbi-siyasi vəziyyət şəraitində artıq Ermənistan hökumətinin hərəkətə keçmək, addım atmaq imkanı yoxdur.

“Bu çətin şəraitdə imkan pəncərəsi o zaman açıla bilər ki, Ermənistan hakimiyyət dəyişikliyi olsun, əks halda Azərbaycan İrəvana gəlmək üçün qanuni əsaslar hazırlayır”, - deyə Abrahamyan bildirib.
 

 

Mənbə: ordu.az