Finlandiyanın Baş naziri rusiyalı turistlərə qarşı məhdudiyyətləri dəstəkləyir

Finlandiyanın Baş naziri rusiyalı turistlərə qarşı məhdudiyyətləri dəstəkləyir<span class="qirmizi"></span>

Finlandiyanın Baş naziri Sanna Marin öz ölkəsində və Avropa ittifaqına üzv olan digər dövlətlərdə rusiyalı turistlərə qoyulan məhdudiyyətləri dəstəkləyir.

“Report” xəbər verir ki, o, bu barədə “Yle TV” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada apardığı müharibə dövründə rusiyalıların Avropa ölkələrinə səyahət etməsi doğru deyil: “Ümid edirəm ki, Aİ ölkələri bununla bağlı birgə qərar qəbul edəcəklər”.

Mənbə: report.az