Şuşadan və Hadrutdan qaçan ermənilər İrəvanda etiraz aksiyası keçirdi

Hadrut və Şuşadan çıxarılan ermənilər, ATƏT-in Minsk qrupu həmsədrləri olan ölkərlərin səfirlikləri qarşısında etiraz aksiyası keçiriblər.

Redaktor.az "Sputnik-Ermənistana" istinadən xəbər verir ki, məcburi köçkünlər, Rusiyanın, Amerika Birləşmiş Ştatları və Fransa səfirliklərinə müraciət məktubu göndiblər.

Aksiya iştirakçılarının ilk olaraqi Rusiya səfirliyinə təqdim etdikləri məktubda onları narahat edən məsələləri qeyd ediblər. Bu, Qarabağ ərazisində yaşayan ermənilərin təhlükəsizliyi və 9 noyabr 2020-ci il tarixli razılaşmanın həyata keçirilməsi ilə bağlıdır.

Köçkünlərin növbəti hədəfləri ABŞ və Fransa səfirlikləridir.

Xatırladaq ki, Şuşadan və Hadrutdan qaçan ermənilər daha əvvəl Birləşmiş Millətlər Təşkilatının və Ermənistan Hökümət binası qarşısında etiraz aksiyası təşkil ediblər.

Rəsmi məlumata görə, qaçqınlıq statusu tələb edən ermənilər Ermənistan pasportuna malikdirlər və buna görə də, status almaq üçün müəyyən edilmiş meyarlara uyğun gəlmirlər.

Şəms Şahinli

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Bayden: Çindən radikal addımlar gözləmirəm

SONRAKI XƏBƏR

Çin Ukraynada müharibəyə qoşulacaq? - AÇIQLAMA