Prezident İlham Əliyevin şəhid ailələrinə olan dəstəyi hər addımda hiss edilir - Şəhid anası

Prezident İlham Əliyevin şəhid ailələrinə olan dəstəyi hər addımda hiss edilir - Şəhid anası<span class="qirmizi"></span>

Azərbaycanda hər zaman şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatı dövlətin diqqət mərkəzində olub.

Bu barədə Trend-in suallarını cavablayarkən şəhid Yusif Budaqovun anası Lətafət Budaqova bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin şəhid ailələrinə olan dəstəyi hər addımda hiss edilir.

"Oğlum Yusif Ramiq oğlu Budaqov Vətən müharibəsində şərəfli döyüş yolu keçib və 2020-ci il oktyabrn 27-də Füzuli istiqamətində döyüşlərdən birində şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub", - deyə L. Budaqova bildirib

Xocasən qəsəbəsində mənzillə təmin olunan şəhid anası qeyd edib ki, Ali Baş Komandan Prezident İlham Əliyevin tapşırığı ilə biz şəhid ailələrinə daima diqqət ayrılır.

"Bu hədiyyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəhidimizə, bütün şəhid ailələrinə olan xüsusi diqqətinin göstəricisidir", - deyə o əlavə edib.

L.Budaqova, həmçinin, digər sahələrdə də diqqətlə əhatə olunduqlarına görə dövlət başçısına minnətdarlığını bildirib.

Milli.Az

Mənbə: news.milli.az