ABŞ Senatından Tayvanla bağlı gözlənilməz qərar

ABŞ Senatından Tayvanla bağlı gözlənilməz qərar<span class="qirmizi"></span>

“Soyuq müharibə” dövrünün ortalarında (1972-ci ildə) ABŞ prezidenti Riçard Nikson gözlənilmədən Pekinə gedib və Çin Xalq Respublikasının (ÇXR) lideri Mao Tszedunla əl sıxıb. Mao ABŞ və ÇXR arasında münasibətləri yaxşılaşdırmaq üçün bir şərt olaraq ABŞ-ın Tayvan siyasətini dəyişdirməsini təklif etdi. 1979-cu ildə ABŞ-ÇXR münasibətlərinin normallaşması çərçivəsində Vaşinqton Tayvanla diplomatik münasibətləri, eləcə də hərbi razılaşmasını dayandırdı. Birləşmiş Ştatlar Tayvanla münasibətlərini "1979-Tayvan Münasibətləri Aktı" əsasında qurmağa başladı. Bu qanuna görə, Birləşmiş Ştatlar Tayvanın gələcəyinin “sülh yolları” xaricində müəyyənləşdirilməsini qəbul etmədi.

Qurulmuş qlobal kapitalizmin “neoliberal” forumda “maliyyə kapitalizmi"nə çevrilməsi, Çini kapital yığımını saxlamaqda çətinlik çəkən transmilli şirkətlər üçün cazibə mərkəzinə çevirdi. Çoxmillətli şirkətlər istehsallarını ucuz işçi qüvvəsi ilə təmin edən Çinə köçürdülər. Sovet İttifaqının dağılması və 1990-cı illərin əvvəllərində soyuq müharibənin başa çatması artıq ABŞ-da qurulmuş kapitalizmin əmək dünyası ilə “məcburi əməkdaşlığına” son qoymuşdu. Daha çox qazanc əldə etməyə əsaslanan kapitalist transmilli şirkətlər Amerikadakı “qızıl hücumu” dalğası kimi öz istiqrazlarından qoparaq bizneslərini Çinə köçürdülər.

Çin “qlobal ucuz işçi qüvvəsi mağazası” olaraq qalsaydı, ABŞ üçün heç bir problem olmayacaqdı. Bu nöqtədə Çin ABŞ-dan sonra dünyanın ikinci ən böyük iqtisadiyyatıdır. Yaxın perspektivdə Çinin ABŞ-ı keçəcəyi gözlənilir. Çinin iqtisadi yüksəlişi onun qlobal sistemdəki yerini yüksəltməsi deməkdir. Buna görə də ABŞ Çini Sovet İttifaqından daha təhlükəli hesab edir.

İndi hər şey bir bəhanədir. Söhbət ABŞ və Çin arasında “Böyük güc rəqabətindən” gedir. Üstəlik, Amerika isteblişmenti Çinin yüksəlişini “ekzistensial təhlükə” kimi görür. Sadə dillə desək, bir insan başqa bir insanı düşmən kimi onun canını almaq üçün fürsət gözləyən görsə, hər vasitə ilə bu təhlükəni aradan qaldırmaq istəyəcək. Qarşı tərəfin həqiqətən də belə düşünüb-düşünməməsinin heç bir əhəmiyyəti yoxdur. Təəssüratlar zamanla öz reallıqlarını yaradır, hər iki tərəfi addım-addım böyük hesablaşmaya aparır.

Çin ehtirasla Tayvan adası ilə inteqrasiyanı əvəzsiz siyasi məqsəd kimi qəbul edir. Birləşmiş Ştatlar isə Çinin bu məqsədə çatmasının qarşısını almaq üçün bütün vasitələrdən istifadə edir. Çinin fikrincə, ABŞ əksini iddia etsə də, sistematik olaraq “Vahid Çin” siyasətini pozur. ABŞ-ın fikrincə, Çin də əks iddialarına baxmayaraq, Tayvanı güc yolu ilə ilhaq etməyə hazırlaşır.

ABŞ nə Tayvanı hərbi cəhətdən müdafiə etməyəcəyini, nə də Çinin işğalı halında onu müdafiə edəcəyini demir. Bu siyasət “strateji qeyri-müəyyənlik” kimi təsvir olunur. ABŞ prezidenti Co Bayden bir neçə dəfə “Tayvanı müdafiə etmək öhdəliyimiz var” desə də, Ağ Ev dərhal “Bizim tək Çin siyasətimiz dəyişməyib” dedi. Baydenin parlament sədri Nensi Pelosinin Tayvana səfərinə qəti etiraz etməməsi də Çini şübhələndirib.

ABŞ hökumətinin Çin əleyhdarları rəsmi Vaşinqtondan “Vahid Çin” və “Strateji qeyri-müəyyənlik” siyasətindən əl çəkməsini istəyirlər. Bu, Respublikaçılar və Demokratlar arasında dəstək tapmış bir təklifdir. Keçən iyun ayında Senatın Xarici Əlaqələr Komitəsinin Demokratik sədri Bob Menendez və Respublikaçı senator Lindsey Graham "2022-ci ilin Tayvan Siyasəti Aktı" kimi tanınan qanun layihəsini gündəmə gətirdilər. “1979-cu ildə Tayvan Münasibətləri Aktı”nın hərtərəfli yenidən qurulmasını nəzərdə tutan qanun layihəsi, dörd il ərzində Tayvana təxminən 5 milyard dollarlıq təhlükəsizlik yardımını əhatə edir. Bu qanun layihəsində Tayvana “NATO-dan kənar əsas müttəfiq” statusunun verilməsi, Tayvanın beynəlxalq təşkilatlarda və çoxtərəfli ticarət sazişlərində iştirakının təmin edilməsi, Tayvana “düşmənçilik” törətdiyi təqdirdə Çinə qarşı sanksiyaların tətbiqi də yer alır.

Senator Menendez də avqustun 5-də “New York Times” qəzetində dərc olunan məqaləsində qanun layihəsini müdafiə edib. Çini Tayvanda status-kvonu dəyişməyə çalışmaqda günahlandıran Menendez Çinin bir neçə ildən sonra Tayvanı işğal etməyə hazırlaşdığını iddia edib. Menendez “qeyri-müəyyənlik strategiyasını” tənqid edərək, ABŞ-ın bu məsələdə çəkindirici qüvvə kimi aydın və inandırıcı davranmasının lazımlı olduğunu bildirib. Bütün bunlar isə Tayvan böhranının hansı istiqamət üzrə və necə inkişaf edə biləcəyi ilə bağlı kifayət qədər ipucu verir.

Mətin Şükürlü, Bizimyol.info

Mənbə: www.bizimyol.info