İsrailin hücumu nəticəsində 16 uşaq ölüb

İsrailin hücumu nəticəsində 16 uşaq ölüb<span class="qirmizi"></span>

İsrailin üç gün ərzində mühasirədə olan Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 45 fələstinli ölüb, 360-dan çoxu yaralanıb.

Sonxeber.az Middle East Eye-a istinadən bildirir ki, ölənlərdən 16-ı uşaqdır.

" Uşaqların Beynəlxalq Müdafiəsi - Fələstin QHT-nin hesabatlılıq proqramının direktoru Ayed Abu Eqtayiş fələstinli uşaqlar və onların ailələri üçün Qəzza zolağında təhlükəsiz yer yoxdur və onlar getdikcə daha çox İsrailin təkrar hərbi hücumlarının ağır yükünü daşıyırlar", - deyə Uşaqların Beynəlxalq Müdafiəsi - Fələstin QHT-nin hesabatlılıq proqramının direktoru Ayed Abu Eqtayiş bəyanatında deyib.

İsrail ordusu müstəqil şəkildə təsdiqlənmiş dəlillər təqdim etmədən mülki itkilərin bəzilərinin səhv atılan raketlər nəticəsində öldürüldüyünü iddia edib. Fələstin Səhiyyə Nazirliyi 16 uşaq da daxil olmaqla həlak olanların hamısının İsrailin hava hücumları nəticəsində öldüyünü bildirib.

Bəzi ailələr öz hekayələrini bölüşüblər, bəziləri isə yas vəziyyətində olub və gizliliklərinin saxlanılmasını istəyib.

Şəbnəm Lətifi

 

 

 

 

 

Mənbə: sonxeber.az