“Putin ora getsə, Zelenski də gedəcək” - Kiyevdən kritik qərar

“Putin ora getsə, Zelenski də gedəcək” - Kiyevdən kritik qərar<span class="qirmizi"></span>

 

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin iştirak edəcəyi təqdirdə G20-nin payızda İndoneziyada keçiriləcək sammitinə gedə bilər .

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin köməkçisi Mixail Podolyak deyib.

Onun sözlərinə görə, Zelenski müharibə dövründə Ukrayna ərazisində olmalı olduğunu bilir, amma bununla belə, Putin sammitə gələrsə, Kiyev nümayəndə heyəti birbaşa toplantıda iştirak imkanlarını nəzərdən keçirməli olacaq:

“Çünki Putinin hər yerdə, istənilən sammitdə olması dolayısı ilə o deməkdir ki, sammitin təşkilatçıları suveren dövlətə hücum etmiş Rusiyanın mövqeyini legitimləşdirir. Sanki bununla deyirsiniz: baxın, biz hesab edirik ki, Rusiyanın gəlib ukraynalı uşaqları öldürməyə haqqı var idi. Biz də buna qarşı belə davranmalıyıq”.

Mənbə: teleqraf.com