Türkiyə Prezidenti: "Bizimlə bir yerdə olanlar qazanar"

“Ölkəmizdə 135 il əvvəl ilk neft yatağının tapıldığı yer İsgəndərun şəhəri olub”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Abdülhamid Han" dördüncü qazma gəmisinin suya salınması mərasimindəki çıxışında deyib.

“Bu dəfə də “Abdulhamid Han” gəmisini quyuyaya yollayacağıq. Bu, ilk addımdır. Millətimizin duası ilə “Abdülhamid Han" gəmimiz uğurlar qazanacaq. Sizdən də xeyirli xəbərlər gözləyirik. Gəmi başqa quyulara da gedəcək. İşlər neft tapanadək davam edəcək. Gəmilər Aralıq dənizində, öz ərazimizdədir. Bunun üçün kimsədənsə icazə almayacağıq. Onlar dənizdə “Abdülhamid Han" gəmisi ilə qarşılaşsalar milli mücadiləni xatırlaycaqlar. Bizim vəzifəmizi haqqımızı tapdatmamaq, kimsənin haqqını tapdamaqdadır. Öz göbəyimizi özümüz kəsəcəyik.

Parisdən bizə qəzəl oxuyanlarla mücadiləmizi davam etdirəcəyik. Son dönəmdəki hadisələrin inkişafına baxmaq kifayətdir. Bizimlə bir yerdə yol gedənlər qazanar, qarşı olanlar isə uduzar”, - Ərdoğan vurğulayıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Prezident: "İlk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər"

SONRAKI XƏBƏR

Rusiya neftinin Ukraynadan tranziti dayandırıldı