Rusiya Almaniyaya nota göndərdi

Rusiya Almaniyaya nota göndərdi<span class="qirmizi"></span>

Rusiyanın Berlindəki səfirliyi Verneuhen şəhərində sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidənin təhqir olunması ilə bağlı Almaniya hökumətinə etiraz notası göndərib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Almaniyadakı səfirliyi məlumat yayıb.

“Bu iyrənc hərəkəti etnik nifrətin qızışdırılması cəhdi, eləcə də dünyanın və Avropanın nasizmdən azad edilməsi uğrunda canlarından keçmiş hərbçilərin xatirəsinin rüsvayçı şəkildə tapdalanması kimi qiymətləndiririk. Biz Almaniya Xarici İşlər Nazirliyinə hadisənin şəraitinin müəyyən edilməsi, günahkarın məsuliyyətə cəlb edilməsi, memorialın bütövlüyü və təhlükəsizliyinin təmin edilməsi üçün hərtərəfli tədbirlərin görülməsi tələbi ilə etiraz notası göndərmişik”, - səfirliyin məlumatında bildirilir.

Mənbə: axar.az