"Belaruslar çoxdandır hamını təngə gətirmiş bu diktatoru məhv edə bilər..."

"Belaruslar çoxdandır hamını təngə gətirmiş bu diktatoru məhv edə bilər..."<span class="qirmizi"></span>

"Putin Ukrayna ilə müharibənin beynəlxalq status qazanmasına cəhd edir"

"Motivasiyasız belaruslu hərbçilər Rusiya ordusu üçün əlavə kömək deyil, əlavə yük olacaq..."

Putinin Belarus və NATO ilə bağlı məkri planı üzə çıxıb...

Rusiya prezidenti Vladimir Putin Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etmək cəhdlərindən əl çəkmir. Əgər bu, ona müyəssər olarsa, o, bunu elə etməyə çalışacaq ki, Belarus ordusu NATO ölkəsinə hücum etsin.

Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın ordu, konversiya və tərksilah tədqiqatları Mərkəzinin direktoru Valentin Badrak "Espresso" telekanalının efirində bəyan edib.

"Belarus Putinə bir iş üçün lazımdır- Rusiya-Ukrayna müharibəsini beynəlxalq səviyyəyə keçirmək. Bu, Putinin sonuncu dəlilidir.

O, belə bir ssenari ilə müharibənin beynəlxalq münaqişə statusu qazanacağına bel bağlayır. Əgər Belarus prezidenti Lukaşenkonun əlilə o, NATO ölkəsinə toxunsa, bu, NATO-nu danışıqlar masası arxasında əyləşməyə və müharibəni bitirməyə vadar etmək üçün gözəl məqam olacaq", - ekspert vurğulayıb.

Alekdandr Lukaşenkonun Rusiya ilə çiyin-çiyinə Qərbə qarşı döyüşməyə hazır olması barədə bəyanatları isə, böyük ehtimalla, onun bu müharibədə iştirak etməmək istəyini sübut edir, Badrak güman edib.

Belarus lideri anlayır ki, onun ordusu Ukrayna ilə döyüşmək üçün, yumşaq desək, alışıb yanmır. Motivasiyasız belaruslu hərbçilər Rusiya ordusu üçün əlavə kömək yox, əlavə yük olacaq. Və Putin də bunu gözəl anlayır.

"Putin fərqindədir ki, marağında olmayan və motivasiya edilməyən belaruslar əlavə qüvvə deyi, əlavə yükdür. Ukraynaya getmək əmri Lukaşenko üçün 50-nin 50-yə özünə ölüm hökmü imzalamaq deməkdir. Belaruslar özləri çoxdandər hamını təngə gətirmiş bu diktatoru məhv edə bilər", - ekspert vurğulayıb.

Mənbə: moderator.az